“Tik Tok”da YENİLİK: Artıq alış-veriş etmək ...

09:27 - 13 Noyabr 2022 - MARAQLI

“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.

Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək yeni funksiyanı sınaqdan keçirmək üçün müraciət edib.

ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə başlayıblar.

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.///oxu.az

Xəbər xətti