Dava bu görüntülərə görə düşüb - İddia - VİDEO

13:37 - 9 Noyabr 2022 - Xəbər

Aktyor Kamran Ağabalayev Rəşad Dağlı ilə bağlı paylaşım edib.

Ucnoqta.az olay-a istinadən xəbər verir ki, sənətçi Rəşadın narkotik satanları tənqid etdiyi meyxananın görüntülərini instaqramda izləyicilərlə bölüşüb.

Kamran paylaşıma "Səbəb budur!" şərhini əlavə edib.

Həmçinin "Ay brat" ləqəbli meyxanaçı Mahir də TikTok-da canlı açaraq, qətlə yetirilən İsgəndər Mehdiyevin narkotik alverçisi olduğunu və Rəşadın ona etiraz etdiyini bildirilib. Onun sözlərinə görə hadisə də məhz bu səbəbdən baş verə bilər.

Xəbər xətti