Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxs (uşaq) və cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq anlayışları konkretləşdirilir.
Ucnoqta.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunacaq.