Axtarışda olan şəxs Suqovuşana keçmək istəyərkən saxlanıldı

21:24 - 27 Oktyabr 2022 - Cəmiyyət

Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə  Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
O, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.

F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.

Xəbər xətti