Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan şəxs Suqovuşana keçmək istəyərkən<font color=red><b> saxlanıldı</b></font>

21:24 - 27 Oktyabr 2022 tarixində dərc olunub.

Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə  Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
O, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.

F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.

Müəllif: