Putin İlham Əliyevlə ŞƏT-in sammitində görüşəcək

18:42 - 13 Sentyabr 2022 - Xəbər

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

APA-nın məlumatına görə, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin sammitdə Azərbaycan, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə görüş keçirəcək.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 15-16 sentyabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

 

Xəbər xətti