İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

16:54 - 13 Sentyabr 2022 - Xəbər

Masallı rayon icra hakimiyyəti başçısının birinci müavini Məhəmmədhüseyn Hüseynov tutduğu vəzifəsindən azad edilib.

Bununla bağlı rayon icra hakimiyyəti başçısı Araz Əhmədov xüsusi əmr imzalayıb. Məhəmmədhüseyn Hüseynov həm də Fövqəladə hallar komissiyası sədri vəzifəsindən də kənarlaşdırılıb. Faktı Masallı rayon icra hakimiyyəti təsdiq edib.///Apa

Xəbər xətti