Ötən ay 52 aptekdə yoxlama keçirilib

16:37 - 13 Sentyabr 2022 - Cəmiyyət

Ötən ay apteklərdə aparılan planlı yoxlamaların nəticələri açıqlanıb.

Analitik Ekspertiza Mərkəzindən "Report"a verilən xəbərə görə, 1-31 avqustu əhatə edən yoxlamalarda 52 aptek monitorinq olunub.

Nəticədə 6 adda, 19 qutu dərman vasitəsi müsadirə edilib. İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3 maddələrinə əsasən 8 protokol tərtib edilib.

Xəbər xətti