İşdən çıxarılan generalın yerinə yeni TƏYİNAT

16:24 - 13 Sentyabr 2022 - Xəbər

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.///qafqazinfo

Xəbər xətti