Lotu Qulinin qardaşı həbs olunub? - Açıqlama

18:01 - 30 Avqust 2022 - Xəbər

"Lotu Quli”nin qardaşı Namiq Səlifov həbs olunmayıb.

Ucnoqta.az xəbər verir ki, bu sözləri kriminal avtoritetin vəkili A.Voronin Haqqın.az saytına deyib.

"Onun həbsi barədə informasiya həqiqətə uyğun deyil. Mən Namiq Səlifovun vəkiliyəm və hazırda Moskvadayam. Mənim müştərimlə bağlı hüquq-mühafizə orqanlarından heç bir müraciət daxil olmayıb. Bu məlumat yayıldıqdan sonra mən dərhal Namiqlə danışdım. O dedi ki, Moskvada deyil, Avropa ölkələrindən birindədir”-deyə Voronun vurğulayıb.

Qeyd edək ki, Ren TV “Alik Rıji” kimi tanınan qanuni oğru Əli Heydərovu Moskvada öldürməkdə şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifovun saxlanılması barədə məlumat yayıb.

Xəbər xətti