DTX Gömrük Komitəsində əməliyyat keçirdi

16:43 - 30 Avqust 2022 - Xəbər

Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.

Xəbər xətti