Salyanda ev sahiblərinə xəsarət yetirən maskalı şəxs saxlanıldı

12:06 - 30 Avqust 2022 - Xəbər

Salyan rayonunun bir neçə kəndində maskalı şəxsin evlərə oğurluq məqsədi ilə daxil olması, eləcə də ev sahiblərinə xəsarətlər yetirməsi barədə məlumatlar paylaşılır.

DİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib.
 

Xəbər xətti