Universitetlərə ixtisas seçimi başa çatdı

09:37 - 29 Avqust 2022 - Cəmiyyət

Ali təhsil müəssisəslərinə ixtisas seçimi bu gün 09:00-da başa çatıb.

Bu barədə Ucnoqta.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Məlumata görə, ümumilikdə 66744 ərizə təqdim edilib.

Qeyd edək ki, ixtisas seçimi 28 avqust 23:59-da başa çatmalı olsa da, müddət bu gün 09:00-dək uzadılmışdı. Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.

 

Xəbər xətti