Başına beton düşən şəxs ölüb

19:39 - 22 Avqust 2022 - Xəbər

Sabirabadda başına beton düşən şəxs ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti