Tanınmış həkim Balakəndə, Gəncədə və Bərdədə xəstələri qəbul edəcək

13:44 - 22 Avqust 2022 - Cəmiyyət

Azərbaycanda qalxanabənzər vəzi xəstəlikləri (zob) ilə dispanser qeydiyyatında 17 min nəfərə yaxın xəstə var. Amma zobdan əziyyət çəkən xəstələrinin sayı statistik rəqəmlərdən artıqdır və əksəriyyəti də rayonlarda yaşayır.

Ucnoqta.az xəbər verir ki, onlara peşəkar həkimə müraciət etmək üçün gözəl şans yaranıb. Cərrah-endokrinoloq Xəqani Həsənov avqustun 27-də Balakəndə olacaq və “Uğur” Tibb Mərkəzində xəstələri qəbul edəcək.

Sentyabrın 2-də Gəncə şəhərində zobdan əziyyət çəkən xəstələri "West Medical Center"də, sentyabrın 3-də isə Bərdədə “Qarabağ”  klinikasında pasientləri qəbul edəcək.

Qeyd olunan nömrələrlə əlaqə  saxlayıb qeydiyyata yazıla bilərsiniz.

050 603 81 82; 077 603 81 82

Xəbər xətti