Stomatoloqun intiharı ilə bağlı rəsmi məlumat

10:19 - 22 Avqust 2022 - Cəmiyyət

Lənkəranda şəxsin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. "Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb", məlumatda qeyd olunub. Qeyd edək ki, M.Bağırov stomatoloq işləyirmiş.

Xəbər xətti