“Qarabağ” Çexiyaya yollandı

10:03 - 22 Avqust 2022 - Xəbər

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə cavab oyunu üçün Çexiyaya gedib. Ucnoqta.az xəbər verir ki, komandanı Praqa şəhərinə aparan təyyarə artıq Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb. Avqustun 22-də saat 19:30-da (Bakı vaxtı ilə 21:30) Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda “Qarabağ”ın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq. Qeyd edək ki, avqustun 23-ü keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Bakıdakı ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Xəbər xətti