Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunları ilə bağlı paylaşım edib

22:19 - 21 Avqust 2022 - Cəmiyyət

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Tvitter hesabında V İslam Həmrəyliyi Oyunları ilə bağlı paylaşım edib.

Ucnoqta.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurublar.

Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürünc medaldır. İdmançılarımızı səmimi-qəlbdən təbrik edirəm!”

Xəbər xətti