Snayperlərimiz İranda atəş açmaq üzrə çalışmanı yerinə yetiriblər - FOTO

12:02 - 17 Avqust 2022 - Xəbər

“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.

Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.

Xəbər xətti