İnsan bədənində yod çatışmazlığı qalxanabənzər vəzinin xəstəliklərinə səbəb olur. El arasında bu xəstəlik zob adlandırılır. Bu xəstəlik yod çatışmazlığı olan ölkələrdə daha çox olur.
Zob xəstəliyi qalxanabənzər vəzin patologiyasıdır, onun əsas əlamətləri hormon istehsal edən orqanda düyünlərin əmələ gəlməsi ilə başlayır. Bu xəstəlik zamanı uşaq və böyüklərdə boyunda həcmli prosesin olduğunu aydın görsənir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu xəstəliyə qadınlarda kişilərə nisbətən beş dəfə çox rast gəlinir.
Ucnoqta.az xəbər verir ki, tanınmış endokrinoloq cərrah Xaqani Həsənov bildirir ki, qalxanabənzər vəzinin xəstəlikləri ürəyin fəaliyyətinə təsir göstərə bilər. Xaqani Həsənov aşağıda sadalanan əlamətlər müşahidə olunarsa onda zobun yoxlanılmasını tövsiyyə edir:
Boğulma, halsızlıq, yorğunluq, əzginlik, səbəbsiz çəkinin artması, dərinin quru olması, saçların tökülməsi, qəbizlik, köp, ürək döyüntüsü, sümüklərdə və əzələlərdə ağrılıq, şişkinlik, yaxşı iştaha fonunda sürətlə arıqlama, əllərin titrəməsi narahat edirsə sizin zobunuzun yoxlanılması məsləhətdir.