Şabrandakı yanğın 9 kəndi qazsız qoydu

21:30 - 15 Avqust 2022 - Cəmiyyət

Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə”Azəriqaz” İstehsalat Birliyindən məlumat verirlib.
Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində “Taxtalar” QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.

Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Xəbər xətti