Azərbaycan XİN Misirə başsağlığı verib

18:37 - 15 Avqust 2022 - Xəbər

Azərbaycan Xarici İşlər Nazirliyi Misir hökumətinə başsağlığı verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Misirdə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb.

Xəbər xətti