MİQ üzrə vakansiya seçimi ilə bağlı vaxt üzadılıb

12:14 - 8 Avqust 2022 - Cəmiyyət

Müəllimlərin işə qəbulu ilə bağlı elektron vakansiya seçimi prosesində qeydə alınan problem gündəlik olaraq gecə saatlarında serverlərdə ehtiyat nüsxələrin alınması ilə bağlı olub.

Bu barədə Elm və Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, avqustun 4-dən başlanılan vakansiya seçiminin 8 avqust saat 11:00-da yekunlaşması ilə əlaqədar namizədlərin həmin gün saat 00:00-dan sonra miq.edu.az saytında daha aktiv olması və serverlərdə müvafiq işlərin aparılması sistemdə yüklənməyə səbəb olub:

"Yüklənmə nəticəsində yaranan problem saat 02:41-də aradan qaldırılıb. Vətəndaşların müraciətlərində heç bir dəyişiklik faktı qeydə alınmayıb.

Bununla yanaşı, vakansiya seçimi prosesi üçün namizədlərə əlavə 3 saat vaxt verilib. Seçim prosesi bu gün saat 14:00-da başa çatacaq".

Xəbər xətti