DYP-dən Bakı-Quba yolundakı sıxlıqla bağlı açıqlama

22:32 - 7 Avqust 2022 - Xəbər

Bazar günü olması səbəbindən bölgələrdən paytaxt istiqamətinə nəqliyyat axını var və bu da yollarda hərəkət intensivliyinin artması ilə müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinim İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib

“Ancaq qeyd olunduğu kimi, Bakı-Quba yolunda böyük tıxac yaranmayıb. Hazırda YPX əməkdaşları yollarda hərəkəti tam formada nizamlayırlar. Bir daha sürücülərdən yollarda təmkinli olmağı, tələskənlik nümayiş etdirməməyi və yollarda hərəkətin nizamlanmasında fasiləsiz xidmət aparan YPX əməkdaşlarına lazımi köməklik göstərmələrini xahiş edirik”.

Xəbər xətti