Mətbuat Şurası Mais Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb

19:53 - 16 İyul 2022 - Cəmiyyət

Azərbaycan Mətbuat Şurası əməkdar jurnlist Mais Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda Mais Məmmədovun Azərbaycanın jurnalistika tarixindəki rolundan bəhs olunub, mərhumun doğmalarına, əzizlərinə başsağlığı verilib: "Telejurnalistikamızın nəhəng siması, vətənpərvərliyi peşəkar dəst-xətlə sübuta yetirməyin bariz nümunəsi Mais Məmmədovun yoxluğu jurnalistikamız üçün son dərəcə böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, çoxsaylı həmkarlarına dərin hüznlə başsağlığı verir, kədərlərini və üzüntülərini bölüşürük".

 

Xəbər xətti