Bu gecə iki küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

22:17 - 15 İyul 2022 - Cəmiyyət

Bu gecə saat 23:00-dan etibarən Kövkəb Səfərəliyeva və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində nəqliyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qazıntı işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək. Sürücülərə qeyd olunan istiqamət üzrə hərəkət etdikləri zaman diqqətli olmalarını tövsiyə edirik.

Xəbər xətti