Mikayıl Cabbarov: “Dövlət Vergi Xidməti büdcə öhdəliyini 146,7% yerinə yetirib” - FOTO

11:50 - 7 İyul 2022 - Xəbər

“Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib”. 


Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında məlumat yayıb.

“Dövlət büdcəsinə 6 milyard 482 milyon manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 milyard 64,6 milyon manat artıqdır.

Bu müddətdə büdcəyə köçürülmüş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,3% çoxdur”.

Xəbər xətti