Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mikayıl Cabbarov: </b></font>“Dövlət Vergi Xidməti büdcə öhdəliyini 146,7% yerinə yetirib” - <font color=red><b>FOTO</b></font>

11:50 - 7 İyul 2022 tarixində dərc olunub.

“Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib”. 


Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında məlumat yayıb.

“Dövlət büdcəsinə 6 milyard 482 milyon manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 milyard 64,6 milyon manat artıqdır.

Bu müddətdə büdcəyə köçürülmüş vəsaitlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,3% çoxdur”.

Dövlət Vergi Xidməti (@vergiler) 2022-ci il yanvar-iyun ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib. #Dövlətbüdcəsi-nə 6 mlrd. 482 mln. manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 mlrd. 64,6 mln. manat artıqdır.
1/2

— Mikayil Jabbarov (@MikayilJabbarov) July 7, 2022
Müəllif: