Hakim oyunu dayandırıb yan xətdəki həmkarına evlilik təklif etdi

21:38 - 3 İyul 2022 - MARAQLI

Türkiyədə futbol matçı zamanı yan xət hakimi Aişə Polad xoş sürprizlə üzləşib.

Ucnoqta.az xəbər verir ki, hadisə regional AĞRI U-14 Liqasının final matçında yaşanıb.
Oyunun baş hakimi Rəcəb Gündüz matçın 10-cu dəqiqəsində qarşılaşmanı dayandırıb köməkçi hakimə evlilik təklif edib.

İki komandanın dəstəyi ilə hazırlanan sürpriz təklifə Aişə Polad “hə” deyib.

Baş verənlər ətrafdakıların alqışları ilə müşayət olunub.

Xəbər xətti