Dəhşətli qəzada ölən sürücü məşqçi imiş - FOTO

12:52 - 2 İyul 2022 - Cəmiyyət

Göygöldə baş verən ağır qəzada ölən sürücü məşqçi olub.

Ucnoqta.az-ın "Unikal"a istinadən məlumatına görə, ölən sürücü 1997-ci il təvəllüdlü Orxan Hümbətov cüdo üzrə məşqçi olub.

Qeyd edək ki ötən gün gecə saatlarında Bakı-Qazax magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində "VAZ-2107" ilə "DAF" markalı yük maşının toqquşması zamanı 1 uşaq olmaqla 6 nəfər ölüb.

 

Xəbər xətti