Yanan məktəbdə xəsarət alan yoxdur - BŞTİ

17:43 - 28 İyun 2022 - Cəmiyyət

Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyunun 28-də təxminən saat 16:30 radələrində Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verməsi ilə bağlı məlumat yayıb.

İdarədən Ucnoqta.az-a verilən məlumata görə, yanğının məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına müdaxilə prosesi davam edir. Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.

 

Xəbər xətti