Minlərlə meteor yağışı gözlənilir - Mayın 31-də...

12:01 - 30 May 2022 - MARAQLI

Mayın 31-də Yer kürəsi sakinlərini intensiv meteor yağışı gözləyir. Bu barədə astronom Aleksandr Yakuşeçkin məlumat verib. “Mayın 31-i səhər saatlarında Yer üzünü gözəl mənzərə - meteor yağışı gözləyir. Meteoritlərin sayı saatda on minə çata bilər. Artan meteor aktivliyinin müddəti təxminən iki saat olacaq, onun maksimumu, hesablamalara görə, Moskva vaxtı ilə 6:30-a (Bakı vaxtı ilə saat 07:30-a) təsadüf edəcək. Mütəxəssis qeyd edib ki, meteor axını ən yaxşı Yerin qərb yarımkürəsində - Şimali Amerikada müşahidə olunacaq.

Xəbər xətti