Şabranda bağçada qidalanma ilə bağlı məsələ nəzarətə götürüldü

17:31 - 26 May 2022 - Cəmiyyət

Ötən gün sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.

APA-nın məlumatına görə, məsələ ilə bağlı bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin monitorinq qrupu məktəbdə olub.

İdarədən bildirilib ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Xəbər xətti