Nazir polkovniki təqaüdə göndərdi

09:18 - 18 Mart 2022 - Xəbər

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Hələlik onun yerinə təyinat yoxdur. ///oxu.az

Xəbər xətti