Ermənilər azərbaycanlı deputatlara görə yolu bağladılar - FOTO

15:03 - 21 Fevral 2022 - Xəbər

Ermənistanda özlərini müharibə iştirakçıları adlandıran bir qrup şəxs Azərbaycan Milli Məclisinin deputatlarının İrəvana gəlişinə etiraz olaraq Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayıblar.

Onlar Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana səfərinin əleyhinə olduqlarını bildiriblər.
Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bununla bağlı Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.///trend


Xəbər xətti