Manaf Ağayev harada saxlanılır? - AÇIQLAMA

15:00 - 21 Fevral 2022 - Xəbər

Aidiyyəti üzrə məhkəmə qərarı ilə barəsində seçilən həbs qətimkan tədbirinə müvafiq olaraq, Manaf Ağayev Bakıda müvəqqəti saxlama məntəqələrinin birində saxlanılır.

Ucnoqta.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev deyib.
O bildirib ki, müğənninin məhz hansı müvəqqəti saxlama məntəqəsində saxlanıldığı haqda yalnız ailə üzvlərinə məlumat verilir.

Xəbər xətti