Qırğızıstan Bəstəkarlar İttifaqı idarə heyətinin bu ayın 17 də keçirilən iclasında Azərbaycanın Əməkdar artisti, bəstəkar və müğənni Elza Seyidcahan Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təqdimatı ilə qırğız musiqisinin inkişafındakı xidmətlərinə görə Qırğızıstan Bəstəkarlar İttifaqının üzvü seçilib.
Bu barədə APA-ya bəstəkarın özü məlumat verib.
Qeyd edək ki, Elza Seyidcahan Qırğızıstanda keçirilən "İssık-Kul – Türkün inci dünyası” festivalına qatılacaq. Festivalda Leyla Əliyevanın sözlərinə yazılmış "İssık-Kul" mahnısı müxtəlif dövlətlərin ifaçıları tərəfindən 12 dildə təqdim ediləcək.