Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Şahmat Federasiyasından apasport.az saytına verilən məlumata görə, üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan çempionatının bürünc mükafatçısı olub.
Finalın ikinci oyununda da qələbə qazanan Məhəmməd Muradlı ölkə çempionu adını qazanıb. Misrətdin İsgəndərov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 22 min manat təşkil edir. Çempion 8 min manat qazandı.