Kriştiano Ronaldo klub karyerasında 689-cu qolu vurub.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz “Mançester Yunayted”in “Brayton”la matçında fərqlənib.
Ronaldo bununla da əfsanəvi braziliyalı Romarioya məxsus dünya rekordunu təkrarlayıb. Son qollarını 2007-ci ildə vuran sambaçının göstəricisi 15 ildən sonra təkrarlanıb.
Qeyd edək ki, Kriştiano “Sportinq”də 5, “Mançester Yunayted”də 133, “Real”da 450, “Yuventus”da 101 qola secinib.