Lionel Messi antirekorda imza atıb

09:14 - 16 Fevral 2022 - İDMAN

PSJ-nin futbolçusu Lionel Messi antirekorda imza atıb.

35 yaşlı argentinalı Çempionlar Liqasında ən çox penalti qaçıran futbolçu adına şərik çıxıb.
O, 1/8 final mərhələsinin “Real”la ilk oyununda 11 metrlik nöqtədən qol vura bilməyib. Bu, Messinin qitənin ən nüfuzlu klub turnirində qaçırdığı 5-ci penaltidir. O, 23 cəhddən 18-də fərqlənə bilib.

Lionel bununla da Tyerri Anrinin antirekordunu təkrarlayıb. Fransalı da 5 dəfə penaltidən xətaya yol verib. Serxio Aquero və Ruud van Nistelroyun 4 vurulmayan penaltisi var.

Qeyd edək ki, PSJ evdə “Real”a 1:0 hesabı ilə qalib gəlib.///apasport

Xəbər xətti