Azərbaycanlı aktrisa vəfat etdi - FOTO

09:38 - 15 Fevral 2022 - Mədəniyyət

Füzuli Dövlət Dram Teatrının qocaman aktrisası Məryəm Məmmədova vəfat edib.

Aktrisa uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, Məmmədova Məryəm Eyvaz qızı 1949-cu il iyulun 01-də Füzuli rayonunda anadan olub. İşlədiyi müddətdə Anar "Təhminə və Zaur”da Təhminə, C.Cabbarlı "Almaz”da Xanımnaz, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nazlı, M.Qacar "Qabanın səfəri”ndə Toyuq, A.Məmmədov "Həmyerlilər”də Xanım, C.Məmmədov "Sevməyə vətən yaxşı”da Nurcahan nənə, A.Səfərli "Qarabağım qan ağlar”da Sona və s. digər obrazları yaradıb.

Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2019-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Füzuli Dövlət Dram Teatrının kollektivi mərhumun ölümündən kədərləndiyini bildirib və ailəsinə səbr diləyib.

///hit.az


Xəbər xətti