“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin əməkdaşı qəfildən vəfat etdi

09:37 - 14 Fevral 2022 - Cəmiyyət

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Mərdəkan” gəmisinin kapitanın 3-cü köməkçisi Asim Həsənov vaxtsız vəfat edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, A.Həsənov 1987-ci il aprelin 19-da Füzuli rayonunun Aybasanlı kəndində anadan olub, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə bitirib.

O, 2014-cü ildən ASCO sıralarında çalışıb. İşlədiyi dövrdə matrosluqdan kapitanın 3-cü köməkçisi vəzifəsinədək yüksəlib.

Allah rəhmət etsin!

Xəbər xətti