“Azərişıq” Laçın dəhlizinə işıq çəkir - VİDEO

16:42 - 13 Fevral 2022 - Xəbər

“Azərişıq” ASC-nin əməkdaşları “Laçın dəhlizi”nin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlərə başlayıblar.

Ucnoqta.az xəbər verir ki, “Report”un əldə etdiyi videogörüntülərdən məlum olur ki, “Azərişıq”ın əməkdaşları dəhlizdə işlər aparır.

İşçilərin təhlükəsizliyini isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları qoruyur.

Qeyd edək ki, təchizat işləri “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər xətti