17-19 fevralda İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında qadın idmançılarımız mübarizə apara bilməyəcək.
Qeyri-müəyyən səbəblərdən Olimpiya mükafatçısı İrina Kindzerskayanın da yer aldığı qadın millimiz bu yarışda iştirak etməyəcək.
Əvəzində 12 kişi cüdoçumuz yarışda medallar uğrunda mübarizə aparacaq. Həmin cüdoçular bunlardır:
Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi -60 kq), Yaşar Nəcəfov (-66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi -90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq)
Qeyd edək ki, ilin ikinci “Böyük Dəbilqə” yarışında 34 ölkədən 327 idmançı qeydiyyata alınıb. Bunlardan 180-i kişi, 147-si qadın cüdoçulardır.///oxu.az