Olimpiadada rekord vuran Kamilla Vəliyevada dopinq aşkarlandı

10:58 - 11 Fevral 2022 - İDMAN

Beynəlxalq Antidopinq Agentliyi Qış Olimpiya Oyunlarında rekorda imza atan rusiyalı 15 yaşlı idmançı Kamilla Vəliyevanın qanında dopinq aşkarlayıb.

Fiqurlu konkisürmə yarışlarında nəticəsi ilə hamını təəccübləndirən xanım idmançıda trimetazidin aşkar olunub.

Bu səbəbdən onun nəticəsi rəsmiləşdirilməyib. Hətta idmançının medalları da ona verilməyib.

Kamilla Vəliyevanın B testini verəcəyi gözlənilir.///qafqazinfo

Xəbər xətti