Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin birinci vitse-prezidenti Arif Həşimovun qardaşı vəfat edib.
Ucnoqta.az xəbər verir ki, vitse-prezident bir az əvvəl Azərbaycanın Əməkdar rəssamı, professor Fikrət Həşimovun dünyasını dəyişdiyini bildirib:
"Heç özümüz də bilmirik nədən rəhmətə getdi”.
Qeyd edək ki, Həşimov Fikrət Məmməd oğlu Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci direktoru idi.