"Böyük Dəbilqə"də maraqlı anlar: Qadın cüdoçu tatamiyə mobil telefonla çıxdı - FOTO

13:10 - 6 Fevral 2022 - İDMAN

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında maraqlı hadisə baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində tatami üzərinə çıxan yerli idmançı Pristsilla Nyetonun kimonosundan mobil telefon düşüb.

Hadisə yaponiyalı Momo Tamaoki ilə yarımfinal görüşünün başa çatmasına 2 dəqiqə 22 saniyə qalmış qeydə alınıb. Nəticədə Lonon-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və Avropa çempionu diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Sonradan bağışlanan qadın cüdoçu bürünc medal uğrunda görüşdə qələbə qazanaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.


Xəbər xətti