Mahirin “Dinamo”da hansı mövqedə oynayacağı bəlli oldu

14:30 - 5 Fevral 2022 - İDMAN

Mahir Emrelinin Zaqreb “Dinamo”sunda çıxış edəcəyi mövqe açıqlanıb. 

Xorvatiyanın sportske.hr saytının məlumatına görə, “Dinamo”nun baş məşqçisi Jelko Kopiç sxemi 3-5-2-yə dəyişdiyi üçün solaxay və ucaboy forvard axtarırdı.

Xorvat mütəxəssis Miroslav Orçiçlə ön hücumda tandem təşkil edəcək futbolçu istədiyindən, Mahir Emreli transfer edilib.

Xatırladaq ki, Mahir Emreli bir neçə gün əvvəl Polşanın “Legiya” komandasından Zaqreb “Dinamo”suna transfer edilib.///oxu.az

Xəbər xətti