Gənclər və idman naziri Çinə gedir

11:11 - 5 Fevral 2022 - İDMAN

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edəcək.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Xəbər xətti