AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun icraçı direktoru bəlli olub.
"Report" xəbər verir ki, bu barədə qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu vəzifə Tural Piriyevə tapşırılıb. Qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.